Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, kənddə ilkin mərhələdə 1479 fərdi evin inşası planlaşdırılır:
"Tikintinin ilk mərhələsində 87 hektar ərazi layihələndiriləcək. Eləcə də 404 fərdi ev tikiləcək. Evlər 2-3-5 otaqlı olacaq. Həmçinin 528 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası və tibb məntəqəsinin inşası da planlaşdırılır". (Report)