22.11.2024, 19:01
AZ EN
11.06.2024, 17:25 298

İnsan Hüquqları Günü ərəfəsində Laçında tədbirlər keçirilir

XƏBƏRLƏR
  • Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində Laçın rayonunda hər il 18 may tarixindən 18 iyunadək "İnsan Hüquqları Aylığı"keçirilir.

"İnsan hüquqları aylığı" ərzində rayon İcra Hakimiyyəti əməkdaşlarının da iştirakı ilə rayonun aidiyyəti qurumları tərəfindən bir sıra hüquqi-maarifləndirmə tədbirləri keçirilmişdir. Bu silsilə tədbirlərdən Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilmiş hüquqi-maarifləndirmə tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsində canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.

Sonra tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Minə Əliyeva,  Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılması və vətəndaşlarda bu sahədə düşüncənin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda iştirakçılarla müzakirələr aparmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər