Bunu Prezidentin izi ilə qəsəbəyə təşkil olunan mediaturda yerli sakin Zahid Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 13 yaşında tərk etdiyi Hadruta yenidən 50 yaşında qayıdır:
"37 ildən sonra doğma yurda qayıtmaq sözlə ifadə olunmayacaq qədər gözəl hissdir. Bura ailəmlə birlikdə qayıdıram. Hazırda burada yüksək səviyyədə inkişaf var, quruculuq işləri davam edir. Prezidentlə görüşümdə də onun bizə diqqəti, qayğısı hiss olunurdu. Bu torpaqların inkişafı üçün var gücümüzlə çalışmalıyıq". (Report)