- “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağdam rayonunda da müyyən işlər görülür. İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Quzanlı qəsəbəsi ərazisində görülən abadlıq işləri ilə tanış olub. Vaqif Həsənov görülən işlərlə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bu il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Mina RƏŞİD