Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 11 yük və 1 minik maşını Laçından Xankəndi istiqamətində hərəkət edib.
Bundan əvvəl isə 8 avtomobilin müxtəlif vaxtlarda hər iki istiqamətdə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 92-yə çatıb. (Report)