"Vətən səsi" xəbər verir ki, bu barədə onun oğlu Əli Abdullayev bildirib. O, qeyd edib ki, 30 ildən çoxdur vətən həsrətilə yaşayan anası bu günü səbrsizliklə gözləyirdi: "Bu gün Kəlbəcər köçən sakinlər arasında mənin 113 yaşlı anam da var idi. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Kəlbəcər işğaldan azad olunandan anam bu günü gözləyirdi. Kəlbəcərə qayıdacaq ilk ailələr yaşayacaqları yeni mənzillərin püşkatmasında anam da iştirak edib. Bundan sonra anam Tərtərə getdi ki, Kəlbəcərə gedən yolu bir az da qısalsın. İndi isə anamı da Tərtərdən götürüb Kəlbəcərə gedirik”.
Hazırda 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi olan Xeyrənisə nənə Kəlbəcərdən məcburi köçkün düşəndə 80 yaşında idi. İndi o, Kəlbəcər rayonunun ən yaşlı sakinidir.
Xatırladaq ki, bu gün Kəlbəcərə ikinci köç yola salınıb. Rayon mərkəzində inşa olunmuş yeni yaşayış məhəlləsinə bu mərhələdə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.. Yaxın vaxtlarda daha bir köçün Kəlbəcər şəhərinə yola salınacağı nəzərdə tutulur.
Elxan SALAHOV