2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlananda Kənan da bir əsgər kimi Ordu sıralarında vuruşub. Sentyabrın 30-da Suqovuşanın Çaylı kəndi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Qax rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
İgid əsgər Kənan Məmmədli ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "İgidliyə" görə, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Kənan kimi oğullarla nəinki doğmaları, əzizləri, bütün Azərbaycan fəxr edir. Çünki onlar Zəfər tariximizi öz qanları ilə yazdılar...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Kənan balamız!
Mina RƏŞİD