Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə Azərbaycan bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illik yubileyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb.
Çıxş edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və Azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.
Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı çıxışlarına dair videoçarx izlənilib. (APA)