27.07.2024, 09:29
AZ EN
25.05.2023, 18:24 267

Laçınlı məcburi köçkünlərin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu Bakı şəhərində Pirallahı qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Laçın rayonunun Bozlu kənd tam orta məktəbinin binasında keçirilib.

67 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi səyyar qəbulda onların müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər