Bu sözləri Füzuli sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalovun anası Səridə Zalova söyləyib.
Məcburi köçkünlük şəraitində iki oğul böyütdüyünü bildirən S.Zalova deyib: “Övladlarımdan biri Füzuli döyüşlərində şəhid oldu, digəri isə yaralandı. Biz bu torpaqları geri qaytaran belə oğullar sayəsində indi Füzulidəyik. Bundan böyük qürur duyuram”.
“Otuzillik həsrətə son qoyuldu. İndi torpaqlarımızda başı dik, alnıaçıq gəzirik və bu, bizim üçün böyük fəxrdir. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin”, - deyə şəhid anası əlavə edib. (AZƏRTAC)