Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olublar. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH başçısı Vaqif Həsənov, Ağdam Rayon Prokuroru Vasif Süleymanov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasından bəhs ediblər.
Hazırladı: Mina RƏŞİD