20.09.2024, 18:42
AZ EN
28.04.2023, 17:47 193

Kəlbəcər şəhidləri, Milli Qəhrəmanlar Şahlar Şükürov və Sərdar Səfərova həsr olunmuş anım tədbiri keçirilib

XƏBƏRLƏR
  • Yevlaxda Kəlbəcər şəhidləri, Milli Qəhrəmanlar Şahlar Şükürov və Sərdar Səfərova həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, Yevlax rayon prokuroru Ceyhun Almasov, Dövlət Təhlükəsizlik Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi İlqar Bagırov, Yevlax rayon Təhsil sektorunun müdiri Namidə Abbasova, RİH-in məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qəhrəmanlarımızın həyatından bəhs edən videoçarx və şagirdlər tərəfindən şəhidlərimizə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbədən söhbət açmış, şəhidlərimiz haqqında geniş məlumatlar verərək, şəhid ailələrinə göstərilən diqqət və qaygı üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Milli Qəhrəman Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

Milli Qəhrəman Səfərov Sərdar Mədət oğlu isə 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulub.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər