23.11.2024, 01:33
AZ EN
05.11.2022, 16:40 293

27 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bu barədə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, 9 955 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 1 961, hazırkı dövrədək isə 7 331 317 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksin sayı 557 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 247, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.

 

Oxşar xəbərlər