18.09.2024, 17:27
AZ EN
14.09.2024, 17:20 215

Tanıyaq və tanıdaq

XƏBƏRLƏR
  • Tarixin hər bir dövründə Qərbi Azərbaycanın ziyalı qadınları çox olub.  Belə qadınlarımız Azərbaycanımızın inkişafına böyük töhfələr veriblər.  

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova Qərbi Azərbaycan elinin, Azərbaycanımızın tanınmış ziyalı xanlmlarındandır.

O, 1958-ci ildə Qərbi Azərbaycanın – indiki Ermənistanın  Quqark rayonu, Heydərli kəndində anadan olub. 1975-1979-cu illərdə M.Ə.Sabir adına Bakı pedaqoji məktəbində, 1980-1985-ci illərdə isə S.M.Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır.

1979-80-ci illərdə M.Ə.Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışan Füruzə xanım 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987- 1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 1994-2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyətini davam etdirib. 2008-ci ildən “Cinayət prosesi” kafedrasının müdiri vəzifəsində çalışır.

           Elmi fəaliyyəti

2001-ci ildə “Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri” adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.

2011-ci ildə “Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri” adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir.

2012-ci ildən kafedranın professorudur. Hüquq üzrə fəlsəfə doktoru, professor, Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri Abbasova Füruzə Məmməd qızı Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbul olunmuş və özünün istəyi ilə Xırdalan şəhər Vəkil Bürosuna üzv qəbul edilmişdir.

7 elmi və dərsliyə aid kitabların müəllifidir. Füruzə Abbasovanın zəngin fəaliyyəti həmişə dövlət tərəfindən qiymətləndirilmiş, diplom və mükafatlara layiq görülmüşdür.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər