09.06.2025, 21:51
AZ EN
16.07.2024, 10:28 381

Bu gün şəhid Araz Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də MAXE əsgər, igid şəhidimiz Araz Qəhrəman oğlu Məmmədovdur. O, 1997-ci il iyulun 16-da Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açıb. 2003-cü ildə Tumbul kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2014-cü ildə təhsilini başa vurub. Ailədə 3 qardaş 1 bacı olmaqla 4 uşaq olublar. Araz ailənin ən kiçik övladı idi.

Araz Məmmədov 2015-ci ildə həqiqi hərbi xidmətə gedib. 2017-ci ilin sonunda xidmətini başa vurub. O, 2020-ci ilin iyulunda könüllü olaraq ordu sıralarına qoşulub. Xüsusi təyinatlı Qüvvələrin 3 aylıq kursunu bitirdikdən sonra MAHHXHQ kimi Vətənə xidmət etməyə başlayıb. Araz İkinci Qarabağ Müharibəsinə könüllü olaraq yollanıb. Son dəfə Şuşa azad olan gün oradan anasına zəng edən Araz ertəsi gün qəhrəmancasına şəhadətə ucalıb.

Günlərlə ondan xəbər ala bilməyən ailə noyabrn 18-də hərbi komissarlıqdan aldığı cavabla Arazın şəhid olduğu xəbərini öyrənib. Noyabrın 19-da şəhidimiz Tumbul kənd məzarlğında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimiz Araz Məmmədovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər