Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib və bütün bunların vətəndaşlarımızın rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərindən biri olduğunu qeyd edib.
Daha sonra vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər.
Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.
Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən çox müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova öz minnətdarlıqlarını bildirdilər.
Hazırladı: Mina RƏŞİD