19.10.2024, 14:15
AZ EN
15.08.2024, 13:54 206

Cəbrayıl məktəblilərinin Yanğından mühafizə bölməsinə ekskursiyası təşkil olunub

XƏBƏRLƏR
  • Uşaq Səfirlər Məclisinin yerli nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 86 nömrəli YM-ə bölməsinə ekskursiyası təşkil olunub.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin FHN-in fəaliyyəti barədə yerində məlumatlandırılması, onlarda gələcəkdə fövqəladə hallar orqanlarında xidmətə marağın yaradılması və peşə seçiminə köməklik olub. Ekskursiya çərçivəsində şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər