Bunu 35 saylı Xətai üçüncü seçki dairəsinin 55 nömrəli tam orta məktəbdə yerləşən 9 saylı məntəqəsində səs verən 84 yaşlı seçici Ülkər Hüseynova deyib.
"Əslən Qərbi Azərbaycandanam. Allah mənə Qarabağ Zəfərini görməyi nəsib elədi. Ömür vəfa etsə, Qərbi Azərbaycanda öz dədə-baba yurdumu da görmək istəyərəm. Əminəm ki, vaxt gələcək ölkə başçısı mənim kimi yurd-yuvalarından didərgin düşən Qərbi Azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışına nail olacaq. Allah Prezident İlham Əliyevə uzun ömür versin. Əsgərlərimizi, zabitlərimizi qorusun. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm", - deyə Ülkər Hüseynova bildirib. (AZƏRTAC)