24.04.2025, 18:25
AZ EN
08.08.2023, 12:03 389

Keniyalı ekoaktivist: Arazdəyəndə zavodun inşasına qarşı azərbaycanlı həmkarlarımızla birgə fəaliyyət aparmalıyıq

XƏBƏRLƏR
  • Ermənistanın Arazdəyəndə metallurgiya zavodu inşa etməsinə qarşı azərbaycanlı həmkarlarımızla birgə fəaliyyət aparmalıyıq. Bu zavod beynəlxalq standartlara uyğun inşa edilmir.

Bunu Keniyanın “Grasroots” təşkilatlarının prezidenti Eliud Idoket Emeri Azərbaycan QHT-lərinin “Environmental Protection First” adlı koalisiya yaratmalarına münasibət bildirərkən deyib.

Emeri bu cür qanunsuz və qəbul edilmiş beynəlxalq standartların pozulması hesabına həyata keçirilən layihələrə qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıb.

“Biz bütün dünyada ətraf mühitə, biomüxtəlifliyə, su ehtiyatlarına ciddi ziyan vura biləcək bu cür layihələrə qarşıyıq və azərbaycanlı həmkarlarımızla birlikdə onlara qarşı birgə fəaliyyət aparmalıyıq. Təəssüf ki, bir çox beynəlxalq şirkət bu cür fəaliyyətlər zamanı yalnız öz maddi maraqlarını güdür, lakin onların zavodları karbon emissiyasını artırır, flora və faunaya zərbə vurur. Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunun nəhəng istehsal gücünə malik olacağı gözlənilir ki, bu da öz növbəsində bölgənin flora və faunasına pis təsir edəcək. Sərhəd bölgələrində yaradılan bu cür layihələr Ətraf Mühit və Sosial Dayanıqlılığa dair IFC Standartlarına uyğun həyata keçirilməlidir, ancaq biz bunun əksini görürük. Bizim narahatlığımız budur ki, zavodun inşası ilə bağlı proseslər şəffaf deyil. Eyni zamanda, həm Azərbaycan, həm də Ermənistan sakinləri proseslərlə bağlı öncədən məlumatlandırılmırlar, baxmayaraq ki, bu zavodun yerli biomüxtəlifliyə, flora və faunaya birbaşa təsirləri olacaq. Biz bu layihənin dayandırılması və qəbul edilmiş standartlara riayət edilməsi üçün bütün aidiyyəti beynəlxalq qurumlara müraciət edəcəyik”, - Eluit Emeri qeyd edib. (APA)

Oxşar xəbərlər