25.04.2025, 02:49
AZ EN
08.11.2022, 16:36 408

38 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 266 nəfərdir.

Ölkədə son sutka ərzində 2 375, hazırkı dövrədək isə 7 336 115 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 24, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 914 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 040, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 260 nəfər təşkil edir.

Oxşar xəbərlər