08.04.2025, 19:00
AZ EN
06.04.2025, 12:48 174

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

XƏBƏRLƏR
  • Şərqlə Qərb arasında “enerji körpüsü” olan Türkiyə təkcə qazın Avropaya nəqli üçün vacib marşrut deyil, həm də tezliklə qitə ölkələrinə “yaşıl” elektrik enerjisinin axını üçün “dəhliz”dir.

Bu barədə Türkiyənin “Sabah” qəzetinin Bakıda yaşıl enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü görüşünün yekunlarına həsr olunmuş bazar günü məqaləsində deyilir.

Nəşr qeyd edir ki, enerji sektorundakı fəal səylər sayəsində Ankara özünü Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi təsdiqləyib.

Qəzet yazır ki, mavi yanacağın tədarükü ilə Türkiyə Bolqarıstan vasitəsilə Avropa ölkələrinə “yaşıl” enerji ixracı layihəsinə qoşulub. “Sabah” qeyd edir ki, bu yaxınlarda Bakıda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.

“Yaşıl enerji tədarükü haqqında saziş Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfədir. Saziş Türkiyəni əsas elektrik enerjisi ixracatçısına çevirir”, - deyə nəşr yazır. (AZƏRTAC)

Oxşar xəbərlər