Bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Ötən 5 ildə Azərbaycan dövləti hərbi zəfərini bu ərazilərdə sosial-iqtisadi zəfərə çevirmək üçün möhtəşəm iş görüb. Hazırda həmin ərazilərdə 62 mindən çox, təkcə Laçında isə 5 mindən çox insan yaşayır. Mən hesab edirəm ki, Laçının işğaldan azad olunması Azərbaycan tarixində xüsusi bir səhifədir, yalnız hərbi qüdrətin deyil, eyni zamanda diplomatik qüdrətin bir daha nümayiş olunması deməkdir", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, indiyə qədər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub: "Təkcə bu iki sənaye parkında 1 000-ə yaxın insan çalışır. Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər tarixdə ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək. Bu da Azərbaycanın gələcəyə baxışını - yeni iqtisadi dəyərlər yaradılmasını göstərir". (Report)