27.12.2024, 05:01
AZ EN
26.12.2024, 14:06 242

Qazaxın azad olunmuş kəndlərinin şəhərsalma əsaslandırılması hazırlanacaq

XƏBƏRLƏR
  • Qazax rayonunun 30 il müddətinə Ermənistanın işğalı altında olmuş və bu ilin mayında Azərbaycana geri qaytarılmış dörd kəndində - Qızılhacılı, Bağanıs Ayrım, Xeyrımlı və Aşağı Əskiparada şəhərsalma əsaslandırılması hazırlanacaq.

Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıq işlərini yekunlaşdırıb.

Komitə rayonun Qızılhacılı və Bağanıs Ayrım kəndlərində şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini “Design Bureau” Məhdud Məsuliyyətli Cəmiyyətinə, digər ikisinin - Xeyrımlı və Aşağı Əskipara kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini isə "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müvafiq müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, Qızılhacılı kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanmasına 174,7 min manat, Bağanıs Ayrım üzrə sözügedən işlərin icrasına 194,8 min manat, digərlərində isə müvafiq olaraq 175,3 min manat və 221,9 min manat vəsait sərf olunacaq.

Qeyd edək ki, Qazax rayonunun Ermənistan tərəfindən 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu ilin mayında Azərbaycana geri qaytarılıb.

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. (Trend)

Oxşar xəbərlər