Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Fidan Məmmədli açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, artıq 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb. Sözügedən kompleks 12 məhəllədən ibarətdir.
Məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan 40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdə tutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074 mənzil planlaşdırılır.
Bundan əlavə, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması planlaşdırılır. Həmin kompleks 13 məhəllədən ibarət olacaq.
Eyni zamanda bildirilib ki, Ağdam şəhərində bərpa edilən Ağdam Cümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalı inzibati binanın tikintisinə də yaxın vaxtlarda start veriləcək. (Trend)