Tədbirdə dərnəyin sədri Könül İbrahimlinin və katibi Nəzrin Quliyevanın gələcək fəaliyyət və layihələr ilə bağlı məruzələri dinlənilib, eləcə də, dərnək üzvlərinin arxeologiya və maddi-mədəni irsin təbliği və qorunması ilə bağlı layihə ideyaları və konseptual təqdimatları nümayiş olunub. Bunlar sırasında Aysel Həsənovanın “Arxeoloji abidələrin monitorinq platforması”, Mətanət Teymurlunun “Keçmişin sədası”, Saləddin Qoçuzadənin “Qarabağ irsi 3600” təqdimatları böyük maraqla qarşılanıb. Qeyd olunan konsepsiyalar və layihələr ətrafinda institutun direktorunun yaxından iştirakı ilə müzakirələr aparılıb və bu zaman yeni layihə təklifləri səsləndirilib və onların icrası üzrə ilkin qərarlar qəbul olunub. Layihələr ətrafında çıxış edən t.ü.f.d. Yaqub Məmmədov elmi-populyar müstəvidə Azərbaycanın arxeoloji abidələr xəritəsinin yaradılmasının əhəmiyyətini qeyd edib. İştirakçılar dərnəyin fəaliyyətinin sistemli və mərhələli şəkildə təşkilinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev təqdim olunmuş layihələr barədə fikir və tövsiyələrini bildirib.
Hazırladı: Mina RƏŞİD