09.06.2025, 18:33
AZ EN
19.09.2022, 07:00 408

Litvalı mütəxəssis: Füzuli Beynəlxalq Hava Limanının 9 ayda inşa edilməsi həqiqətən inanılmazdır

XƏBƏRLƏR
  • Burada amansız vandalizmin şahidi oldum. Bu, çox qorxuncdur. Çünki bu ərazilərdə kəndlər, qəbiristanlıqlar tamamilə dağıdılıb. Bu, faktdır.

Bunu Şuşada keçiriləcək beynəlxalq elmi-praktik konfransın iştirakçısı, beynəlxalq mədəniyyət iqtisadiyyatı üzrə litvalı mütəxəssis Ornela Ramasauskaite söyləyib.

“Biz bu ərazilərdə dağıdılmamış yer görmədik. Əgər bu əraziləri öz torpaqları kimi görürdülərsə, buraya yatırım edərdilər. Ancaq hər yer dağıdılıb. Burada baş verənlər amansız vandalizm aktıdır”, - deyə O.Ramasauskaite qeyd edib.

İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa və yenidənqurma işləri barədə fikirlərini bölüşən litvalı mütəxəssis deyib: “Füzuli Beynəlxalq Hava Limanının 9 ay ərzində inşa olunduğu barədə məlumat verildi. Qısa müddət ərzində bu cür beynəlxalq hava limanının tikintisi həqiqətən də inanılmazdır. Bu ərazilərdə qısa müddətdə böyük yatırım qoyulması, bərpa və yenidənqurma işlərinin sürətlə görülməsi, burada baş vermiş hadisələrin yerli və xarici insanlara birbaşa göstərilməsi, səfərlərin təşkil olunması – bütün bunlar dünya üçün nümunədir”. (AZƏRTAC)

Oxşar xəbərlər