22.11.2024, 12:35
AZ EN
15.07.2023, 17:31 172

Deputat: Azərbaycanın separatizmlə mübarizəsinin Ermənistan-Azərbaycan sülh prosesinə aidiyyəti yoxdur

XƏBƏRLƏR
  • Son həftədə Ermənistanın fərari ordusunun bölmələri, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən təxribatların artması, Brüssel görüşü ərəfəsi isə sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycan ərazisindəki fortifikasiya işlərinin aparılmasına cəhdləri artırması göstərir ki, separatçılar praqmatik davranmaq niyyətində deyil.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Paşinyanın Brüsselə terrorçubaşı Arayikin məktubunu aparması, Ermənistan XİN-in Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında şoulara ara verməməsi kimi məqamlar deməyə əsas verir ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanısa da, əslində təcavüzkar niyyətindən əl çəkməyib və hələ də hansısa "möcüzələrə" ümid edir: “Digər tərəfdən, sülhməramlı kontingentin himayəsindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə edən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomaneələr tətbiq olunması, dəfələrlə edilən müraciətlərə baxmayaraq Rusiya sülhməramlı kontingentinin komandanlığının məsələyə laqeyd yanaşması isə məsələnin ciddiliyindən xəbər verir və Azərbaycanın özünün müdaxiləsini zərurətə çevirir. Əlbəttə, Brüssel görüşü və müəyyən ümidlərin yaranması fonunda sərt qəti addımlar ilk baxışda zamansız və lüzumsuz görünə bilər, lakin unutmamalıyıq ki, Brüsseldə normallaşma prosesi Azərbaycan və Ermənistan arasında aparılır, sülh müqaviləsi iki ölkənin müzakirə predmetidir. Separatçıların təxribatlar törətdiyi zona isə Azərbaycanın ərazisi, separatçılara qarşı atıla biləcək addımlar, o cümlədən antiterror əməliyyatı Azərbaycanın daxili məsələsidir. Azərbaycanın özünün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində terrorla, separatizmlə mübarizəsinin Errmənistan-Azərbaycan sülh prosesinə aidiyyəti və təsiri yoxdur, bu barədə hər hansı eyniləşdirmə Azərbaycan suverenliyinə təhdiddir. Ermənistanın bu yöndə mümkün bəhanələrinə gəlincə, Azərbaycanın etnik ermənilərlə heç bir probleminin olmaması, hədəfin yalnız müharibə cinayətləri törədən separatçılar və terrorçu dəstələr olması, eyni zamanda cənab İlham Əliyevin İrəvanı bütün müstəvilərdə dalana dirəməsi, havadarlarını isə zərərsizləşdirməsi fonunda Ermənistanın seçim imkanı yoxdur. Azərbaycanın suverenliyinə hörmət etməyəcəyi halda, Bakıdan gələcək adekvat reaksiya Ermənistana çox baha başa gələ bilər”. (APA)

Oxşar xəbərlər