Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Mərkəzin Bərdə rayonundakı Qarabağ “DOST Evi” filialının benefisiarları olan uşaqların da Qarabağ Regional DOST Mərkəzinin müxtəlif qəbul bölmələrində əməkdaşları əvəzləməsi təşkil olunub.
Həssas əhali qruplarından olan uşaqlar DOST Mərkəzində vətəndaşlara xidmət sahəsində bacarıqlarını nümayiş etdirərək, özlərini sınayıblar.
Qeyd edək ki, bundan əvvəl Sosial Xidmətlər Agentliyinin layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında əməkdaşları iş başında əvəz etmişdilər. (AZƏRTAC)