20.09.2024, 09:45
AZ EN
24.10.2022, 16:10 342

Vətən Müharibəsi Qəhrəmanının büstünün açılışı olub

XƏBƏRLƏR

Salyanda Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) baş giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun büstünün açılışı olub.

Büst şəhidin adını daşıyan Salyan Peşə Liseyinin həyətində qoyulub.

Tədbirdə rayon icra hakimiyyətinin, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə S.Cəbrayılovun keçdiyi döyüş yolundan danışılıb.

Bildirilib ki, 2002-ci ildə XTQ-də xidmətə başlayıb.

Qeyd edilib ki, S.Cəbrayılov 1983-cü ilin oktyabr ayının 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.

2002-ci ildə XTQ-də xidmətə başlayıb. O, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.

"Cəbi" ləqəbi ilə tanınan baş gizir oktyabrın 19-da Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. S.Cəbrayılov doğulduğu gün - oktyabrın 23-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamları ilə o, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Report

Oxşar xəbərlər

SON XƏBƏRLƏR