19.11.2025, 14:34
AZ EN
18.11.2025, 08:10 217

Keçmiş məcburi köçkün: Kəndimizə qayıtmağımıza çox sevinirəm

XƏBƏRLƏR
  • “Mən Cəbrayılı heç vaxt görməmişəm. Uşaq yaşlarımdan bəri ailəmlə Bakıxanovda məcburi köçkünlük həyatı yaşamışıq. Atamdan, anamdan, böyüklərimizdən Cəbrayıla, kəndimizə dair hekayələr eşitmişəm, onların xatirələri ilə böyümüşəm. Mənim üçün o yerlər uzun illər xəyal kimi olub – heç getmədiyim, amma hər zaman görmək istədiyim bir yurd”.

Bu sözləri müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Pərviz Balacayev deyib.

O hazırda həmin xəyalının gerçəyə çevrildiyini deyib.

“Kəndimizə qayıtmaq, orada yaşamaq imkanı yaranıb. Buna görə çox sevinirəm. Bu, bizim ailənin illərlə ürəyində daşıdığı həsrətin bitməsi, mənim isə heç vaxt görmədiyim, amma hər zaman mənə doğma olan torpağa addım atmağımdır. İndi Horovlunu öz gözlərimlə görmək, o torpaqda yaşamaq və oradan yeni xatirələr yaratmaq istəyirəm”, - deyə Horovlu sakini əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər