16.02.2026, 14:55
AZ EN
16.02.2026, 13:06 134

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

XƏBƏRLƏR
  • Ermənistan 340 "Starlink" terminalı idxal edib.

Bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, terminallar 2025-ci ilin ikinci yarısında tədarük edilib:

"Ermənistanda artıq 2025-ci ildən "Starlink" şirkətinin peyk internet xidmətləri əlçatandır. Terminallar ucqar ərazilərdə internetə çıxışı təmin etməyə imkan verir, çünki "Starlink" naqilli infrastrukturdan asılı deyil. Ənənəvi yeni nəsil peyk interneti ilə müqayisədə terminallar yüksək məlumat ötürmə sürətini təmin edir və ehtiyat bağlantı kimi istifadə edilə bilər". (Report)

Oxşar xəbərlər