18.10.2024, 16:19
AZ EN
13.04.2022, 14:48 579

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 23 aprel 2022-ci il tarixli Sərəncamı ilə Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. 

Bu vəzifəyə təyin edilənədək "PAŞA Bank" ASC-nin Baş İcraçı direktoru və İdarə heyətinin sədri olan 38 yaşlı Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun oğludur. 

Birinci Qarabağ Müharibəsi veteran olan Tahir Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib. Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.

Oxşar xəbərlər