Aşınmaya davamlı olan bu ayaqqabılar zavodun işçi qüvvəsini istehsal prosesi zamanı potensial təhlükələrdən qoruyacaq, əməyin təhlükəsizliyinə və yerli istehsala öz töhfəsini verəcək.
Təhlükəsizlik ayaqqabıları Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin fabrikində istehsal olunur. 2024-cü ilin sentyabr ayında dövlətimizin başçısının iştirakı ilə açılışı olan müəssisədə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. (AZƏRTAC)