19.10.2024, 09:32
AZ EN
19.03.2024, 15:52 167

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi zərərdən mənfəətə keçib

XƏBƏRLƏR
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2022-ci ili 290 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2021-ci ildən 90 min manat zərərlə çıxmışdı.

2022-ci ildə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin gəlirləri 3,928 milyon manat (2021-ci illə müqayisədə 12,1 dəfə çox), ümumi və inzibati xərcləri 1,954 milyon manat (12,9 dəfə çox), əmək haqqı xərcləri 1,687 milyon manat (6,5 dəfə çox), məzənnə fərqindən gəlirləri 2 min manat (2021-ci ildə olmayıb), sair gəlirləri 1 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

2023-cü il yanvarın 1-nə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin akitvləri 57,196 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,3 dəfə çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 96,5 dəfə artaraq 4,826 milyon manata, balans kapitalı isə 21,7 dəfə artaraq 52,37 milyon manata çatıb. Kapitalda kəskin artım dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin 33,9 dəfə artaraq 50,873 milyon manata çatdırılması ilə bağlıdır.

Xatırladaq ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 1 milyon manatdır. (Report)

Oxşar xəbərlər