21.11.2024, 23:32
AZ EN
26.04.2023, 12:24 222

Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

XƏBƏRLƏR
  • Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.

Səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.

Füzuli şəhəri, Füzuli Hava Limanının inzibati binasında reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.

Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclasında görülən işlər və cari məsələlər ilə yanaşı işğaldan azad edilmiş ərazilərində ekoloji qiymətləndirmə üzrə aparılan minatəmizləmə işləri, Füzuli rayonu ərazisində mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin qarşısının alınması tədbirləri haqqında, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması sahəsində görülmüş işlər haqqında müzakirələr aparılacaq. (Report)

Oxşar xəbərlər