"Azərenerji" ASC Laçın rayonunun daha 3 kəndində kiçik su elektrik stansiyasının (KSES) tikintisi ilə bağlı işlərə başlayır. Söhbət Qoşasu, Seyidlər və Bülövlü kəndlərində həyata keçiriləcək yeni enerji mənbələrindən gedir. Artıq bununla bağlı keçirilən tenderin nəticələri də açıqlanıb.
"Vətən səsi" xəbər verir ki, tenderin qalibi “Farcon” QSC olub və razılaşmaya görə hər üç stansiyanın tikintisi həmin şirkətə həvalə olunub. Tikinti işlərini həyata keçirilməsi üçün qalib şirkətlə sifarişçi arasında imzalanan müqavilənin ümumi dəyəri 53 milyon 808 min 815 manat təşkil edir.
Elxan SALAHOV