Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
“Həmçinin sözügedən ərazilərdə fəaliyyət göstərən dövlət qurumları “AzStateNet” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, - deyə məlumatda bildirilir.
Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub. (AZƏRTAC)