23.11.2024, 00:35
AZ EN
05.02.2024, 10:34 297

Qarabağda 130 km fiber-optik kabel çəkilib

XƏBƏRLƏR
  • 2023-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümümilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilişi aparılıb.

Xidmətdən verilən məlumata görə, respublikanın regionları üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilib.

Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir. (Trend)

Oxşar xəbərlər