Bu sözləri bu gün Xocalı şəhərinə qayıdan keçmiş məcburi köçkün Səyyarə Sadıqova deyib. Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkürünü bildirib:
"Bizi hər şəraitlə təmin etdiyi üçün Prezidentimizə təşəkkür edirəm. Torpaqlarımızın azadlığı yolunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Çox sevinirəm. Bunu sözlərlə ifadə etmək mümkün deyil". (APA)