22.11.2024, 02:49
AZ EN
02.04.2023, 22:25 200

Deputat: Kəlbəcər şöhrətini bərpa edəcək, kəlbəcərlilər doğma yurdlarına qayıdacaq

QARABAĞ
  • Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin olduqca mürəkkəb coğrafi relyefə, sərt iqlimə malik Kəlbəcəri şəhid vermədən azad etməsi böyük hərbi, strateji və tarixi bir qəlbədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Aqil Məmmədov deyib ki, Kəlbəcərin 1993-cü il aprelin 2-də işğalı həmin dövrdə ölkədə mövcud olan özbaşınalıq və xaosun, AXC-Müsavat hakimiyyətinin xəyanətinin nəticəsi idi: “Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonun sonrakı işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsi erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr verildi, 67 nəfər isə amansızlıqla qətlə yetirildi. Beləliklə, Kəlbəcərin bütün əlaqələri kəsilmişdi, yol, işıq yox idi. Ümidimizi təkcə Laçın yoluna bağlamışdıq. Ağdərə istiqamətindən ermənilərin mütəmadi təzyiqlərinə və hücumların məruz qalırdıq. Beləliklə, Kəlbəcər xəyanətin qurbanı oldu".

Deputat qeyd edib ki, gözəl təbiətə, zəngin faydalı qazıntılara malik Kəlbəcər Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Üçtərəfli bəyanata uyğun olaraq 2020-ci il noyabrın 25-də bir güllə atılmadan işğaldan azad edilib: “44 günlük Vətən müharibəsində böyük Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin, dövlətimizin başçısının səmərəli və gərgin fəaliyyətinin nəticəsidir. Ermənilər isə Kəlbəcəri tərk edəndə də öz məkrli, alçaq xislətini ortaya qoyaraq yaşadıqları evləri yandırdılar, meşələri qırdılar”.

Aqil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş miqyaslı quruculuq və bərpa prosesi nəticəsində Kəlbəcərin öncəki şöhrətini bərpa edəcəyini, kəlbəcərlilərin doğma yurdlarına qayıdacağını vurğulayıb.("APA")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR