16.02.2026, 12:12
AZ EN
16.02.2026, 10:10 135

Erməni nazir: "Bizim üçün çox vacibdir ki, yüklər Azərbaycandan keçsin"

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyəti regionda kommunikasiyaların açılmasını nəzərdə tutan TRIPP layihəsi çərçivəsində ölkənin dəmir yolu infrastrukturunun konsessiya idarəçiliyini üçüncü tərəfə verməyə hazırlaşır. Bu, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsində hər hansı iştirakı olmayan neytral dövlət olmalıdır. 

"Vətən səsi" xəbər verilir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, İrəvan bu məsələdə müstəsna olaraq öz milli maraqlarından çıxış edərək Ermənistan üçün daha münasib təşəbbüsləri dəstəkləyəcək: "Baş nazir Nikol Paşinyanın daha əvvəl irəli sürdüyü üçüncü ölkə mexanizmi həm Rusiya, həm də Qərb ilə balanslı münasibətləri olan tərəfdaşların prosesə cəlb edilməsini nəzərdə tutur. Dünyada elə ölkələr var ki, həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı əlaqələrə və bu layihəni maliyyələşdirmək üçün kifayət qədər vəsaitə malikdirlər. Bu təşəbbüs hər hansı ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Əgər Rusiya tərəfi bu investisiyaları təmin edə bilsə və yükdaşımaların Ermənistan üzərindən keçməsini səmərəli təşkil edərsə, bizim üçün heç bir problem yoxdur".

Erməni nazir vurğulayıb ki, ölkəsi  üçün əsas prioritet yüklərin Azərbaycan və Türkiyə istiqamətində maneəsiz hərəkətini təmin etməkdir. Gevorq Papoyan bu prosesin Ermənistana həm iqtisadi, həm də təhlükəsizlik baxımından böyük xeyir verəcəyini bildirib: "Bizim üçün çox vacibdir ki, yüklər Azərbaycandan Ermənistana daxil olsun, sonra yenidən Azərbaycana keçsin, oradan Ermənistana qayıtsın və Türkiyəyə getsin. Ermənistanın maraqları bunu tələb edir. Əgər bu maraqlarımız təmin olunarsa, bizim üçün idarəçinin kim olması fərq etmir".

Elxan SALAHOV

Oxşar xəbərlər