"Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik", - ABŞ diplomatı deyib.
O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var: "Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq".
ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək. (APA)