Bu sözləri 84 saylı Füzuli seçki dairəsindən namizədliyi qeydə alınmış Vüqar Bayramov açıqlamasında ifadə edib.
O, bildirib ki, pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb: "2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər".
Digər tərəfdən, Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malik olduqlarını önə çəkən Vüqar Bayramov bildirib ki, Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir: "Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb".
V.Bayramov daha sonra əlavə edib ki, Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi: "Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.
Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir",- deyə V.Bayramov vurğulayıb.
Tahirə AĞAMİRZƏ