"Vətən səsi" xəbər verir ki, Türkiyənin "Makro 2000" şirkəti Şuşa şəhəri və Ağdam rayonunda həyata keçiridiyi bərpa və yenidənqurpa layihələrində çalışmaq üçün müxtəlif vəzifələr işçilər axtarır. Buraya layihə rəhbəri, mühəndis, tikintiyə texniki nəzarətçi və digər peşələr üzrə ixtisaslı təcrübəli kadrlar daxildir. İşə qəbul zamanı tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 5 illik təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Namizədlər komputer biliklərinə (Autocad və Microsoft Office) malik olmalı, bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir. Həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək də şərtdir.
Sadalanan tələblərə cavab verən namizədlər CV-lərini elektron qaydada hr@makro2000.com.tr ünvanına göndərməlidir. İş yerləri Şuşa və Ağdam şəhərlərində yerləşir. Əməkhaqqının məbləği namizədlərlə fərdi müsahibə əsasında müəyyən olunacaq.
Elxan SALAHOV