08.06.2025, 18:11
AZ EN
24.02.2023, 13:11 308

Səməd Seyidov: "Beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur"

XƏBƏRLƏR
  • Azərbaycan maraqlarını əks etdirən hüququ bazanın yaradılması istiqamətində fəaliyyəti davam etdirmək lazımdır.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Səməd Seyidov təəssüf hissi ilə bildirib ki, beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur və bunu əyani şəkildə də görürük:

“Bu, Azərbaycan tərəfindən görülən işlərin üstündən böyük bir xətt çəkilir demək deyil. Elə Çıraqov məsələsini misal çəkim. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən birbaşa işğal altında saxlanılması Avropa İnsan Haqları məhkəməsində təsdiq olunub. Bunu beynəlxalq təşkilatlarda geniş şəkildə istifadə etmişik, hüququn aliliyini qoruyaraq hüquqi bazanı yaratmışıq”.

O qeyd edib ki, qərəzli müxtəlif mövqelər olur:

“Əməkdaşlıq etmək lazımdır ki, bunun nəticəsində Azərbaycanın nailiyyətləri də az deyil və çoxdur. Azərbaycan maraqlarını əks etdirən hüququ bazanın yaradılması istiqamətində fəaliyyəti davam etdirmək lazımdır”. (Report)

Oxşar xəbərlər