23.12.2024, 16:16
AZ EN
20.08.2024, 14:18 323

Lukaşenko erməniləri aşağıladı: "Heç kimə lazım deyillər"

XƏBƏRLƏR
  • Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın timsalında  bəzi postsovet ölkələrini sərt tənqid edib. O, həmin ölkələri hər bir fürsətdə Rusiyadan faydalanmaqda günahlandırıb.

"Vətən səsi" xəbər verir ki, Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistana və Paşinyan hökumətinə qarşı sərt ifadələr işlədib: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə! İqtisadiyyatlarını inkişaf etdirsinlər, iqtisadi potensialına, maddi ehtiyatlarına diqqət yetirsinlər. Hansısa Fransa, yoxsa Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”.

Belarus prezidenti ölkəsinin Rusiya Federasiyası ilə bir qayıqda olduğunu da deyib: "Əgər o qayıq batsa, birlikdə boğularaq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü, heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”.

Lukaşenko iqtisadi inkişafdan çox geridə qalmış Ermənistanı yanlış siyasi xətt yürütməkdə günahlandıraraq Paşinyan hökuməti doğru yola səsləyib. Onun fikrincə, vəziyyət belə davam edə bilməz: “Gəlin birlikdə olaq. Dəstək üçün Rusiyaya üz tutacağınız vaxt uzaqda deyil. Böhran baş verdikdə, Qazaxıstanda olduğu kimi, hamı kömək üçün Putinə müraciət edir. Biz, yəni KTMT ölkələri ora qüvvələr göndərməklə və iğtişaşları sakitləşdirməklə tez cavab verdik”.

Elxan SALAHOV

Oxşar xəbərlər