22.11.2024, 08:24
AZ EN
08.05.2023, 11:10 301

Azərbaycan və Ermənistan rəhbərləri bu həftə görüşəcək

XƏBƏRLƏR
  • Ermənistan mətbuatı Fransial Times-ə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin bu istirahət günlərində Brüsseldə görüşü nəzərdə tutulub. Nəşr yazır ki, Avropa Şurasının rəhbəri Şarl Mişel bazar günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək və iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Əlavə olunur ki, hər iki ölkə başçısı iyunun 1-də Almaniya kansleri O.Şolçla və Moldovada keçiriləcək Avropa ölkələri rəhbərlərinin zirvə toplantısında Fransa prezidenti E.Makronla görüşəcəklər.

Erməni mətbuatı öz ənənəsinə sadiqlik nümayiş etdirərək əlavə edib ki, görüşdə Ermənistan iki ölkə arasındakı Laçın nəzarət-buraxılış məntəqəsi barədə də müzakirə aparmaq niyyətindədir.

Halbuki, Azərbaycan dəfələrlə açıqlayıb ki, heç vaxt bu müzakirə mövzusu ola bilməz.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR