Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistan tərəfdə təxribatlarla məşğul olanları yalnız belə sərt cavabla susdurmaq olar:
“Baş verənlər bir daha sübut edir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilk növbədə İrəvanın maraqlarına xidmət edir və belə hücumlar zamanı heç nə görmür, eşitmir. Bu şərtlər daxilində Azərbaycanın cavabı legitimdir və beynəlxalq hüququn məntiqinə tam uyğundur”.
Onun sözlərinə görə, Ermənistan tərəfinin məqsədi Azərbaycanı genişmiqyaslı qarşıdurmaya sürükləmək və daha sonra Aİ müşahidəçilərinə baş verən hər şeydə Azərbaycanı günahlandırmaq imkanı vermək idi: “Lakin Azərbaycan tərəfi yaranmış vəziyyətə düzgün reaksiya verib. Yəni insidentin miqyasını artırmadan düşmənin mövqeyi dəqiqliklə atəşə tutulub”. (Report)