XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra erməni millətçiləri Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağa da iddia etməyə başladılar. Onlar azərbaycanlılar yaşayan şəhər və kəndlərdə qətliamlar törədirdilər. Sovet hakimiyyəti qurulduqdan sonar 1923-cü ildə Xankəndi Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı. 1926-cı ildə Azərbaycanın MK-nın birinci katibi Levon Mirzoyan Xankəndinin baş planının tərtib edilməsi üçün Aleksandr Tamanyanı dəvət edir. Tamanyanın planı Qarabağ şəhərsalma mədəniyyətinin tam əksinə idi. Onun nəvəsi Aleksandr Tamanyan isə illər sonra, 1988-ci ildə Qarabağ erməni icmasının separatizm hərəkatında iştirak edir. 1978-ci ildə Xankəndi şəhər statusu alır. 1987-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətcilərinin təşklatçılığı ilə ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə imza toplamağa başlayıblar. Azərbaycanlılar iş yerlərinə buraxılmırdı, şagirdlər məktəbə gedə bilmirdi. 1988-ci ilin fevralından hadisələr daha da aqressivləşdi. Fevralda İrəvanda və Xankəndində erməni millətçilərinin mitinqləri başlayıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. İki azərbaycanlı qətlə yetirilib. Bu gənclər Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları olublar.
1988-ci il sentyabrın 18-də ermənilər Xocalıya hücum etdilər. Güclü müqavimətə rast gəldikdən sonra Xankəndindən olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. 59 ev yandırıldı. 270-i qarət olundu. Bundan başqa ermənilər Xankəndində çox sayda terror hadisəsi törətdilər. Xankəndindəki bütün azərbaycanlıları tarixi torpaqlarından qovan ermənilər 1991-ci il dekabrın 28-də Xankəndinə daxil olan Kərkicahanı da işğal edirlər. Bu döyüşlərdə 150-dən çox azərbaycanlı şəhid olub. Bu, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının başlanğıcı idi...
Hazırladı: Tahirə AĞAMİRZƏ