18.12.2024, 02:58
AZ EN
24.04.2024, 19:45 224

Macarıstanlı ekspert: COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir

XƏBƏRLƏR
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək Azərbaycana öz nailiyyətlərini, iqlim dəyişikliyi problemləri və ətraf mühit hadisələri ilə mübarizədə effektivliyini nümayiş etdirmək üçün əla imkan yaradır.

Bunu açıqlamasında Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun Baş elmi işçisi Laslo Vaşa deyib.

Macarıstanlı ekspertin fikrincə, COP29-un əhəmiyyəti həm də ondan ibarətdir ki, yüksək səviyyəli qonaqlar və çox mühüm işçi qrupları bu ilin noyabrında Bakıda toplaşacaq:

“Bu, ətraf mühitin mühafizəsi fəaliyyətlərinə yeni texnologiyaların cəlb edilməsi də daxil olmaqla, gələcək əməkdaşlıqların başlanmasını yardımçı ola bilər. Bununla yanaşı, ən müasir texnologiyalardan istifadə etməklə yeni birgə layihələrə başlamaq olar”.

L.Vaşa Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın Qarabağ regionunda "yaşıl layihələr"dən istifadə ideyasını da yüksək qiymətləndirib: “Qarabağdakı inkişaf layihələrinə gəlincə, bu kimi layihələri ekoloji cəhətdən təmiz, dayanıqlı inkişaf və dairəvi iqtisadiyyatdan istifadə etməklə həyata keçirmək müdrik fikirdir. Burada hidroenergetika sahəsində təqdim olunan layihələr, günəş elektrik stansiyalarının yaradılması şübhəsiz ki, gələcəyin layihələridir. İndi isə bunun Qarabağda necə həyata keçirildiyini görürük. Əminəm ki, bu, yerli iqtisadiyyata dəstək olacaq”. (Report)

Oxşar xəbərlər